Xanım İsmayılqızı - Yaralanırıq...
Yaralanırıq...
Ürəyin döyünməzi,
arzuların dil açmazı,
nifrətlərin qapanmazı,
adamların gözəgörünməzi,
izlərin silinməzi ilə...
Yaralanırıq...
Yolsuzların əlləri,
yuxunun qucağında nəfəs qalayan
sahibsizlərin ocaqları,
ahları ömürlərə biçən dünyanın
açılmayan səhərləri,
yetim qalan torpaqların
üzündən axıb gedən
didərginləri ilə...
Yaralanırıq...
Azadlığın kandarında ləngər vuran,
səsin ipindən asılaraq,
ruhunu bayrağa çevirən,
özünü devirənləri ilə...
Sıralanırıq...
X.İ. 2014.