XƏBƏRDARLIQ! Hava sabahdan 6 günlük PİSLƏŞİR

MƏMLƏKƏT 20:38 / 24.03.2026 Baxış sayı: 321

Martın 25-dən 30-u səhərədək hava ilə bağlı xəbərdarlıq edilib.

Yenises.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.