Süleyman Abdulla- VAXTIDIR
Ədəbiyyat
08:13 / 30.03.2026
Baxış sayı: 648
Bundan belə özünə bir yol tutmaq,
Ürək verib könül almaq vaxtıdır.
Zaman-zaman yamanları unutmaq,
Yaxşıları yada salmaq vaxtıdır.
Vaxt çatanda yaddan çıxır eyib də,
Altdan-üstdən alovdan don geyib də,
Olan oldu, keçən keçdi deyib də,
Huşa getmək, fikrə dalmaq vaxtıdır.
Başa çəkmə, əziz dost, hər adamı,
Yaman artıb dünyanın şər adamı.
Yaşadandır xatirələr adamı,
Yaddaşlara köçüb qalmaq vaxtıdır.