Əbülfət Mədətoğlu - Təbiətə  nə  deyim...

Ədəbiyyat 09:19 / 28.03.2026 Baxış sayı: 424

Yağış  döyür  çiçəkləri  budaqda

Sızıldayır  çiçəklərlə  budaq da...

Yerin göylə  qovuşduğu  bu  vaxtd -

Təbiətə  nə  deyim!...

 

Gözlərimin qarşısında  an ba an 

Solur  bütün  gözəlliklər, bax, inan!

Bu  qəsd ilə ürəyimi  ağrıdan -

Təbiətə  nə  deyim?!

 

Buludlardan ələk-ələk süzülən

Süzüldükcə  muncuq  kimi  düzülən...

Gördüyünüz  anlar üçün  siz  bilən -

Təbiətə  nə  deyim?!

 

İndi  yer  yox nə  bəh-bəhə, nə  aha

Hər  şey  bəlli , sığındığım sirgaha!

Yerin  üzün  yuyur bəlkə  bir  daha-

Təbiətə  nə  deyim...