Ayaz Arabaçı - Azadlıq uzaqda deyil
Ədəbiyyat
13:51 / 30.03.2026
Baxış sayı: 589
* * *
Azadlıq uzaqda deyil,
Qəfəsim bir gün gedəcək.
Tanrı deyilən kişiyə,
Və səsim bir gün gedəcək.
Var bu sevda baxtında, gəl,
Kəcavəndə, taxtında gəl,
Gəlirsənsə vaxtında gəl,
Həvəsim bir gün gedəcək.
Dərd hər tərəfdən qol vurur,
Ta, ürəyimi yol vurur,
Sözüm ağzımda sol vurur,
Nəfəsim bir gün gedəcək