Mayda  5  gün  TƏTİL olacaq

MƏMLƏKƏT 19:50 / 25.03.2026 Baxış sayı: 342

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.

Yenises.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.

30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq.