Aləmzər Sadıqqızı -0 Oxu, bu Aləmi ellər aglasın!
Aşiq Coşqun Rəhimovun dinlədim...
Oxu aşiq, oxu, Allah eşqinə,
Səsinə tutunub sabaha çıxım.
Bu qərib gecədən yaman qorxuram,
Bu gözəl dünyaya səsinlə baxım...
Səsin məlhəm olsun yaralarıma,
Layla de qoşulum nağıllarıma...
Həyatım ağrıyır , ömrüm ağrıyır,
Oxu bəlkə dözüm
ağrılarıma .
Zindanda balam var dizimə həsrət,
Oxu, gözlərimdən yuxu sürüşsün.
Çal ,elə ça,l nəğmələrindən,
İçimdə zülmətə az işıq duşsun...
Səsinin yanğısı könlümü didir,
Islanır balıncım, ürəyim damır...
Oxu, elə oxu, üşüsün ömrüm,
Haçandı ağrıdan ürəyim yanır...
Aləmin ürəyi bir yaniqlı ney,
Oxu, sənə qurban qəmim dağılsın...
Mən ölsəm o "mələk anam"ı oxu...
Oxu ..bu Aləmi ellər ağlasin!
30.3.2020.