"Söz" Ədəbi Məclisində  növbəti  tədbir

MƏDƏNİYYƏT 22:16 / 28.03.2026 Baxış sayı: 239

Bu gün -28 mart 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində "31 mart Azərbaycanlıların soyqırımı günü" və Hacı Etibar Əhədovun "1918.Lənkəranda mart soyqırımı" kitabının təqdimatı ilə bağlı tədbir keçirildi.

Tədbirdə bölgə yazarları,ziyalılar, ağsaqqallar, din xadimi və gənclər iştirak etdi.

Tədbiri giriş sözü ilə Bölmə sədri, yazıçı, dramaturq Qafar Cəfərli açdı.

O,1918-ci ilin mart-aprel aylarında Azərbaycanın paytaxtı Bakı şəhərində və bölgələrdə,o cümlədən Lənkəranda erməni daşnaqları,denikinçilər və ruslar tərəfindən həyata keçirilən qətliamlar barədə məlumat verdi. Bu qanlı faciənin AR Prezidentinin1998-il tarixli sərəncamı ilə "31 mart Azərbaycanlıların soyqırımı günu" kimi qeyd olunmasının əhəmiyyətindən danışdı. Tanınmıs jurnalist, yazıçı publisist Etibar Əhədovun "1918.Lənkəranda mart soyqırimı" kitabının tarixi əhəmiyyətini qeyd etdi və kitabla bağlı məlumat vermək üçün sözü müəllifə verdi.

E.Əhədov illərlə axtarış və tədqiqatlar aparmaqla,arxiv materialları ilə tanış olmaqla,hadisədə zərər çəkənlər və onların ailə üzvləri,hadisənin şahidləri ilə görüşərək topladığı materiallar əsasında 1918-ci ilin mart ayında Lənkəran ərazisində baş vermış soyqırım hadisəsi barədə bu kitabı qələmə aldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı və kitabda yer alan ayrı-ayrı hadisələr barədə məlumat verdi.

Tədbirdə çıxış edən bu soyqırıma məruz qalmış rayonun Sutamurdov kənd sakinin nəticəsi din xadimi Fəxri Sadıxov, "Lənkəran" qəzetinin baş redaktoru,rayon Veteranlar şurasının sədri Əlimərdan Əliyev, rayon ağsaqqalı Fəxrəddin Canıyev,tarix elmləri namizədi Fəxrəddin Hüseyn,şair və yazıçılardan Ziyafət Yəhya,Agamir Cavad, Qorxmaz Kadusi,Şəfahət Şəfi,Hafiz Mirzə, Nəriman Azəri, Nadir Əhməd,Hacı Qərib,Gülarə xanım çıxış edərək soyqırımla və təqdimatı keçirilən kitabla bağlı fikir və düşüncələrini bölüşdülər. Kitabın bu hadisə ilə bağlı ciddi tədqiqat əsəri olduğunu xüsusi ilə qeyd etdilər.

Tədbir xatirə şəkilləri çəkilməklə sona çatdı.