Əşrəf Veysəlli -   DÜŞƏR

Ədəbiyyat 07:04 / 30.03.2026 Baxış sayı: 592

 

Uca zirvələrə tez- tez qar yağar,

Dağların saçına erkən dən düşər.

Güllərin gözünə sübhün gözündən

Hərdən şeh çilənər,hərdən çən düşər.

 

Nazlana - nazlana açılar səhər,

Düzlərdən əl edər qızıl lalələr.

Gümüş kəmər kimi ağ şəlalər

Sürüşüb dağların belindən düşər.

 

Güldən sərgi açar hər yal, hər gədik,

Hər tərəf gözəllik, hər yan çiçəklik.

Bir nəğmə oxusa xınalı kəklik,

Ovçunun tüfəngi əlindən düşər.

1963- cü il.