Vasif Süleyman : - SEVGİ ŞEİRLƏRİM, SÖZÜM VAR, GƏLİN

Ədəbiyyat 10:15 / 21.12.2024 Baxış sayı: 848

 

Sevgi şeirlərim, sözüm var, gəlin,

Daha ürəkmi var, oda düşəsi…

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi…

 

Sizdə mənim kimi bir belə təmiz,

Sizdə mənim kimi belə utancaq.

Eh, məni bir qıza sevdirmədiniz,

Mən sizi yüzünə sevdirdim, ancaq.

 

Atılan nə qədər atan nə qədər,

Nə qədər zalım var, atam, nə qədər…

Ürək də yazıqdı çəksə, bu dərdi.

Başını sındırma sevilməyənlər,

Elə sevənlərin sayı qədərdi.

 

Elə sevənlərdi sevilməyənlər,

Sevsə də, yansa da bəlası birdi.

Ağlımız kəsəndən sevən atılıb,

Canım yarımağa yar nə gəzirdi…

 

Mənim bu dünyadan alacağım var,

Mənim nə günüm var, olacağım var…

Sevgi şeirlərim sizdən savayı,

Mənim də nə küməm var, alacağım var.

 

Sevgi şeirlərim, sözüm var, gəlin,

Daha ürəkmi var, oda düşəsi…

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi…