SÜLEYMAN ABDULLA.: - LAP SONRALARIN ŞEİRİ

Ədəbiyyat 11:25 / 21.12.2024 Baxış sayı: 827

 

Adam sıxılanda üz tutduğu yer,

Qəlbini incidən xatirələrdi.

Ömrün elə dövrü çatıb ki, artıq,

Hər kəsə bəs edir özünün dərdi.

 

Əvvəl şirin idi yaşamaq eşqi,

Hərdən acının da baxdıq dadına.

Bezəndə adamın sənli günləri,

Ürək ağrısı tək düşür yadına.

 

Amma arada da güc gəlir maraq,

Hardan yada saldın zəhlən getmişi.

Sevməyə ürəkmi qaldı, sonralar,

Niyə...

Kim bağışlar fərar etmişi?!

 

Ölümdən betərdi ayrılıq, amma,

Dünya dağılmazmış səni unutsam.

Məni tərk edəndə deməli idim,

Namərdəm bir daha adını tutsam.