Şeyx Sənan - Sona Vəliyeva yazır

YAZARLAR 12:07 / 14.09.2024 Baxış sayı: 809

Şeyx Sə­nan və Xu­ma­rın si­ma­sın­da
mul­ti­kul­tu­ral də­yər­lə­rin qo­run­ma­sı

 

 

Hu­­ma­­nist ənə­­nə­­lə­­rə ma­­lik Azər­­bay­­can ədə­­biy­­ya­­tı ta­­ri­­xi bir çox key­­fiy­­yət göstə­­ri­­ci­­lə­­ri ilə ya­­na­­şı, mul­­ti­­kul­­tu­­ral də­­yər­­lər­­lə də zən­­gin­­dir. Bu də­­yər­­lər N.Gən­­cə­­vi, M.Füzu­­li ki­­mi da­­hi şəx­­siy­­yət­­lə­­rin ya­­ra­­dı­­cı­­lı­­ğı ilə bə­­ra­­bər, XX əs­­rin və gə­­lə­­cək dövrlə­­rin görkəm­­li söz us­­ta­­sı olan H.Ca­­vid ya­­ra­­dı­­cı­­lı­­ğın­­da da ay­­dın­­ca görünmək­­də­­dir. Şübhə yox­­dur ki, bun­­lar bə­­şə­­ri də­­yər­­lər­­dir və hə­­mi­­şə in­­san­­lı­­ğın mə­­nə­­vi zən­­gin­­li­­yi­­nə xid­­mət et­­miş­­dir.

H.Ca­­vid ya­­ra­­dı­­cı­­lı­­ğın­­da mul­­ti­­kult­­u­ra­­lizm da­­ha ge­­niş for­­ma­­da onun “Şeyx Sə­­nan” fa­­ci­ə­­sin­­də ifa­­də edil­­miş­­dir. Ay­­rı-ay­­rı di­­ni görüşlə­­rə ma­­lik müsəl­­man Şeyx Sə­­nan və xris­­ti­­an Xu­­ma­­rın ta­­le­­yi, on­­la­­rın dünya­­ya ba­­xış­­la­­rı, bir də ümu­­mi­­dən fərq­­li düşüncə sis­­tem­­lə­­ri, müha­­fi­­zə­­kar sər­­həd­­lə­­ri keç­­mək im­­kan­­la­­rı yüksək bə­­dii for­­ma­­da öz ini­­ka­­sı­­nı tap­­mış­­dır. Bu ini­­kas­­da eş­­qin hər şey­­dən üstünlüyü H.Ca­­vid sə­­nə­­ti­­nin da­­yaq nöqtə­­si­­nə çev­­ril­­miş­­dir.

Şeyx Sə­­nan müəy­­yən di­­ni düşüncə­­nin da­­şı­­yı­­cı­­sı ba­­xı­­mın­­dan kim­­di­­r? Bu su­a­­la H.Ca­­vi­­din “Şeyx Sə­­nan” fa­­ci­ə­­sin­­də çox asan­­lıq­­la ca­­vab tap­­maq olur. Dra­­ma­­turq pyes­­də­­ki iş­­ti­­rak­­çı­­la­­rın təq­­di­­ma­­tın­­da ya­­zır: “Şeyx Sə­­nan – otuz ya­­şın­­da, xoş­­si­­ma bir tə­­lə­­bə” (29, 121). Ola bil­­sin ki, bu bir cümlə Şeyx Sə­­nan haq­­qın­­da o qə­­dər də ge­­niş tə­­səvvür ya­­rat­­mır, am­­ma pye­­sin elə ilk sə­­hi­­fə­­lə­­rin­­də Şeyx Sə­­na­­nın “laü­­ba­­lı” bir və­­ziy­­yət­­də ol­­du­­ğu aş­­kar­­la­­nır, hət­­ta Mə­­di­­nə əh­­li onu gördükdə düşkün bir hal ya­­şa­­yır. Əs­­lin­­də, al­­tı il Şeyx Sə­­na­­na ni­­şan­­lı olan Şeyx Kə­­bi­­rin qı­­zı Zəh­­ra­­nın da əh­­va­­lı ta­­ma­­mi­­lə də­­yiş­­miş­­dir və bu­nu Zəh­­ra­­nın Şeyx Sə­­na­­na de­­di­­yi aşa­­ğı­­da­­kı sözlər də təs­­diq edir:

Qal­­ma­­mış bən­­də zər­­rə tabü tə­­van,

Bə­­ni qəhr et də, la­­kin at­­ma, aman!.. (29, 127)

Şeyx Əbu­­zər isə bu­­ra­­da bir sir­­rin ol­­du­­ğu­­nu söylə­­yir:

Bun­­da bir sirr var, edil­­məz faş,

Nə için, an­­la­­mam, əcəb bu tə­­laş!? (29, 124)

 

De­­mə­­li, Şeyx Sə­­na­­nın adı ilə bağ­­lı ənə­­nə­­vi də­­yər təhlü­­kə qar­­şı­­sın­­da­­dır, yə­­ni onun pəjmür­­də ha­­lı­­nı fi­­zi­o­­lo­­ji ba­­xım­­dan xəs­­tə­­lik ki­­mi mə­­na­­lan­­dır­­maq doğ­­ru ol­­maz­­dı. Bəs ənə­­nə­­vi də­­yər nə­­di­­r? Şübhə­­siz, bu­­ra­­da is­­lam­­dan gə­­lən di­­ni də­­yər­­dən söh­bət ge­­dir. Be­­lə ki, Şeyx Sə­­nan Şeyx Kə­­bi­­rin müri­­di­­dir və dra­­ma­­tur­­qun təq­­di­­ma­­tı­­na görə, “Şeyx Kə­­bir fə­­zi­­lət və ir­­fa­­ni­­lə, ir­­şad və is­­ti­­ha­­di­­lə məş­­hur, ağ­­saq­­qal və nu­­ra­­ni bir mürşid­­dir” (29, 121). Mə­­sə­­lə bu­­ra­­sın­­da­­dır ki, Şeyx Kə­­bir Şeyx Sə­­na­­na çox ina­­nır və is­­la­­mi də­­yər­­lə­­rin gə­­lə­­cək­­də da­­ha ge­­niş şə­­kil­­də ya­­yıl­­ma­­sı­­na sə­­bəb­­kar ola­­caq şəxs ki­­mi də məhz Şeyx Sə­­na­­nı görür. Azər Tu­­ran Şeyx Sə­­na­­na xas olan ülvi xüsu­­siy­­yət­­lə­­ri qa­­ba­­rıq şə­­kil­­də təq­­dim edir: “Ca­­vi­­də görə, Şeyx Sə­­nan xa­­li­­qi-fə­­zi­­lət­­dir, bəh­­ri-hik­­mət­­dir, əfən­­di ba­­ba­­dır, ço­­ban şeyx­­dir, san­­ki övli­­ya­­dır, mürşi­­di-bi­­nə­­zir­­dir, şəm­­si-aləm­­tab­­dır, Kə­­be­­yi-iman­­dır, nu­­ri-ir­­fan­­dır, rəhnü­­ma­­yi-ir­­fan­­dır, mən­­be­­yi-nur­­dur, rəh­­bə­­ri-vic­­dan­­dır, qib­­le­­yi-iman­­dır, şöle­­yi-hik­­mət­­dir, əsi­­ri-mə­­həb­­bət­­dir, şey­­xi-sa­­hib kə­­ra­­mət­­dir və Arif­­dir” (175, 116).

Am­­ma Şeyx Sə­­na­­nın düşdüyü ye­­ni və­­ziy­­yət Şeyx Kə­­bir üçün də heç ürə­­ka­­çan de­­yil. Şeyx Sə­­na­­nın və­­ziy­­yə­­tin­­dən ha­­li olan­­dan son­­ra bir qə­­dər sükut içə­­ri­­sin­­də qa­­lan Şeyx Kə­­bir ar­­tıq özünü günah­­kar, haq­­sız­­lı­­ğa uğ­­ra­­yan və nif­­rət edi­­lən bir şə­­kil­­də görür və hət­­ta Şeyx Sə­­nan­­dan üzr is­­tə­­yir:

 

Bə­­ni, şey­­xim, ba­­ğış­­la, mə­­zu­­rim;

Çünki məğ­­dur, həm də mən­­fu­­rim (29, 141).

 

On­­da be­­lə bir su­­al ya­­ra­­nır: is­­lam mühi­­tin­­də ən yüksək rüt­bə­­yə qalx­­maq şan­­sı olan Şeyx Sə­­na­­nın is­­la­­mi də­­yər­­lər­­dən uzaq­­laş­­ma­­sı­­na sə­­bəb nə­­di­­r? Bu­­nun da ca­­va­­bı ay­­dın­­dır: Şeyx Sə­­na­­nın röya­­da gördüyü Xu­­mar. Bəs Xu­­mar kim­­di­­r? Dra­­ma­­turq pyes­­də­­ki iş­­ti­­rak­­çı­­la­­rın təq­­di­­ma­­tın­­da ya­­zır: “Xu­­mar (Ta­­ma­­ra) – ol­­duq­­ca gözəl və mə­­sum ruh­­lu bir gürcü qı­­zı” (29, 122). Mə­­lək qi­­ya­­fət­­li və xris­­ti­­an düşüncə­­li Xu­­mar Şeyx Sə­­na­­nın gözünə görünən ilk an­­dan onu yüksək­­li­­yə, göy­lə­­rə də­­vət edir.

Əsl mət­­ləb də bu­­ra­­da­­dır. Pro­fes­sor Kam­­ran Əli­­yev ya­­zır: “Şeyx Sə­­na­­nın Xu­­ma­­ra müna­­si­­bə­­ti­­ni Xu­­ma­­ra qo­­vuş­­maq­­dan çox, yüksəl­­mək eş­­qi, ucal­­maq məs­­lə­­ki tə­­yin edir. Elə məhz Xu­­mar da ən­­gin sə­­ma­­lar­­da da­­ya­­nıb Şeyx Sə­­na­­nı məhz yüksə­­li­­şə ça­­ğı­­rır­­dı” (72, 174).

 

Xu­­ma­­rın bu il­­kin ça­­ğı­­rı­­şı və Şeyx Sə­­na­­nın onun­­la il­­kin ra­­zı­­laş­­ma­­sı on­­la­­rın is­­tək­­lə­­ri­­nin or­­taq­­lı­­ğın­­dan xə­­bər ve­­rir. Am­­ma bu or­­taq­­lı­­ğın re­­al­­laş­­ma­­sı çə­­tin mər­­hə­­lə­­lər­­dən ke­­çir və iki müxtə­­lif di­­ni dünyagörüşü­­nə ma­­lik bu ob­­raz­­la­­rın – müsəl­­man Şeyx Sə­­na­­nın və xris­­ti­­an Xu­­ma­­rın ət­­ra­­fı on­­lar üçün müqa­­vi­­mət is­­teh­­kam­­la­­rı­­nı xa­­tır­­la­­dır. Şeyx Mər­­van Şeyx Sə­­na­­na söylə­­yir:

 

Sən ki əv­­vəl qa­­dın­­dan ürkər­­din,

Şim­­di fik­­rin ni­­çin də­­yiş­­di, ni­­çi­­n? (29, 192)

 

Şeyx Mər­­va­­nın bu sözlə­­rin­­də Şeyx Sə­­na­­nı ayılt­­maq is­­tə­­yi var. O, Şeyx Sə­­na­­nın qa­­dı­­na müna­­si­­bə­­ti­­ni xa­­tır­­lat­­maq yo­­lu ilə onun yad­­da­­şı­­nı tə­­zə­­lə­­mək, onun ha­­fi­­zə­­sin­­də­ki qa­­dı­­na olan il­­kin düşüncə­­lə­­ri oyat­­maq və nə­­ha­­yət, onu Xu­­mar­­dan uzaq­­laş­­dır­­maq niy­­yə­­ti­­ni ifa­­də edir. Yə­­ni bu, Şeyx Mər­­va­­nın Şeyx Sə­­na­­na ma­­ne ol­­maq üsul­­la­­rın­­dan bi­­ri­­dir.

Şeyx Nə­­im də Şeyx Sə­­na­­nı tut­­du­­ğu yol­­dan qay­­tar­­maq üçün bun­­la­­rı de­­yir:

 

Möhtə­­rəm şeyx, unut­­ma niy­­yə­­ti­­ni,

Bir düşün il­­lə­­ti-əzi­­mə­­ti­­ni!

Ey­­lə­­din Kə­­bə qar­­şı­­sın­­da yə­­min,

O, bu gün məhv olur­­mu bir qız içi­­n? (29, 192)

O niy­­yət nə­­di­­r? Şübhə­­siz, is­­la­­mın ya­­yıl­­ma­­sı! Şeyx Nə­­im onun sə­­fə­­rə çıx­­maz­­dan əv­­vəl qar­­şı­­sı­­na qoy­­du­­ğu məq­­sə­­di xa­­tır­­lat­­maq­­la, əs­­lin­­də, Şeyx Sə­­na­­nı tut­­du­­ğu yol­­dan çə­­kin­­dir­­mək is­­tə­­yir.

Şeyx Sə­­nan­­la Xu­­ma­­rın qo­­vuş­­ma­­sı­­nın ən böyük ən­­gəl­­lə­­ri­­ni isə ke­­şiş – Pa­­pas düşünmüşdür. O, əv­­vəl­­cə be­­lə bir ya­­xın­­lı­­ğın heç vaxt mümkün ol­­ma­­ya­ca­ğı­nı di­­lə gə­­ti­­rir:

 

Hiç bu mümkünmü: isə­­vi bir qız

Bir müsəl­­ma­­nə var­­sı­­n? An­­la­­tı­­nı­­z? (29, 194)

 

Son­­ra isə bir-bi­­ri­­nin ar­­dın­­ca şə­­rab iç­­mək, xaç as­­maq, Qu­­ra­­ni-Kə­ri­mi yan­­dır­­maq, nə­­ha­­yət, do­­nuz otar­­maq tək­­lif­­lə­­ri irə­­li sürülür. Şeyx Sə­­nan öz is­­tə­­yi­­nə çat­­maq na­­mi­­nə bütün bu ma­­ne­ə­­lə­­ri aşır. Şeyx Sə­­nan ar­tıq bu­­ra­­da həm də mul­­ti­­kul­­tu­­ral də­­yər­­lə­­rin da­­şı­­yı­­cı­­sı­­na çev­­ri­­lir. Əs­­lin­­də, Şeyx Sə­­na­­nın ay­­rı-ay­­rı mil­­lət­­lər­­dən olan in­­san­­la­­ra mul­­ti­­kul­­tu­­ral müna­­si­­bə­­ti bi­­rin­­ci pər­­də­­nin so­­nun­­da tam or­­ta­­ya çıx­­mış­­dı. O, şeyx­­lə­­rin qar­­şı­­sın­­da da­­ya­­na­­raq günə­­şi göstə­­rir və de­­yir:

 

Ar­­qa­­daş­­lar! Şu par­­la­­yan günə­­şin

Fey­­zi bir­­dir ci­­han­­da hər kəs için.

Türk, hin­­du, ərəb, əcəm bil­­məz,

Nu­­ru hər yer­­də ar­­tar, ək­­sil­­məz (29, 158).

 

Şeyx Sə­­na­­nın söylə­­di­­yi bu də­­yər­­lər Şeyx Sə­­na­­na aid ol­­sa be­­lə, görkəm­­li ro­­man­­tik sə­­nət­­ka­­rın öz fi­­kir və düşüncə­­lə­­ri­­dir. H.Ca­­vid bütün xalq­­la­­ra və mil­­lət­­lə­­rə ey­­ni gözlə ba­­xan şa­­ir-dra­­ma­­turq­­dur. Bu fik­­rin ən par­­laq sübu­­tu onun əsər­­lə­­rin­­də­­ki müx­tə­­lif xalq­­lar­­dan olan ob­­raz­­la­­rı­­dır. H.Ca­­vi­­din pyes­­lə­­rin­­də türk, ərəb, fars, fran­­sız, rus və di­­gər xalq­­la­­rın nüma­­yən­­də­­lə­­ri­­nə rast gəl­­mək olur.

Şeyx Sə­­nan­­la Xu­­ma­­rın bir-bir­­i­­nə müna­­si­­bə­­ti­­nə gəl­­dik­­də isə, bu müna­­si­­bət di­­ni to­­le­­rant­­lıq­­dan bəh­­rə­­lə­­nir və bə­­şə­­ri xa­­rak­­ter da­­şı­­yır. Şeyx Sə­­nan ar­­tıq Xu­­ma­­rı özünün di­­ni və ima­­nı he­­sab edir:

Ge­­di­­yor iş­­tə naz­­lı ca­­na­­nım,

Ge­­di­­yor aşi­­na­­yi-vic­­da­­nım,

Ge­­di­­yor iş­­tə dinü ima­­nım,

Ge­­di­­yor səbrü ta­­qə­­tim, ca­­nım... (29, 207)

 

Dra­­ma­­tur­­ji ha­­di­­sə­­lə­­rin ge­­di­­şi za­­ma­­nı bu fik­­ri Şeyx Sə­­na­­nın əley­­hi­­nə çı­­xış edən, ey­­ni za­­man­­da in­­tel­­lekt ba­­xı­­mın­­dan Şeyx Sə­­na­­nın ya­­şa­­dı­­ğı əh­­va­­li-ru­­hiy­­yə­­ni ba­­şa düşmə­­yən Şeyx Mər­­van da de­­yir:

 

Şey­­xi­­miz sat­­dı di­­ni, ima­­nı,

Şey­­xi­­miz at­­dı hökmi-Qu­­ra­­nı.

Hökmi-Qu­­ra­­nı at­­dı bir qız için,

Həm şə­­rab iç­­di, həm xaç as­­dı, bi­­lin! (29, 232)

 

Ser­­qo­­nun di­­li ilə de­­sək, Xu­­mar üçün də Şeyx Sə­­nan əvə­z­e­­dil­­məz səc­­də­­gah, qib­­lə­­gah­­dır:

 

Bu uçuq dam Xu­­mar için əlan

Da­­ha qiy­­mət­­li­­dir ma­­nas­­tır­­dan.

Bu, onun səc­­də­­ga­­hı, qib­­lə­­si­­dir,

Şeyx onun hey­­kə­­li-müqəd­­də­­si­­dir (29, 210).

 

Dra­­ma­­tur­­ji ha­­di­­sə­­lə­­rin ge­­di­­şi za­­ma­­nı Ser­­qo­­nun di­­li ilə söylə­­nən bu fik­­ri Xu­­mar özü də təs­­diq­­lə­­yir:

 

Əvət, əfv et, qüsu­­rə baq­­ma, aman!

Sən­­də­­dir könlüm, a-h, sən­­də... inan!

Pək müqəd­­dəs­­dir iş­­tə bən­­cə sə­­nin

Hər şe­­yin, həp tə­­ri­­qə­­tin, di­­nin (29, 257).

 

Bəs ay­­rı-ay­­rı di­­ni görüşlə­­rə ma­­lik Şeyx Sə­­nan və Xu­­ma­­rın ta­­le­­yi­­ni bir­­ləş­­di­­rən, on­­la­­rın dünya­­ya ba­­xış­­la­­rı­­nı də­­yiş­­di­­rən, ümu­­mi­­dən fərq­­li düşüncə sis­­tem­­lə­­ri­­ni bir-bi­­ri­­nə ya­­xın­­laş­­dı­­ran, on­­la­­ra müha­­fi­­zə­­kar sər­­həd­­lə­­ri – ma­­ne­ə­­lə­­ri keç­­mək im­­kan­­la­­rı qa­­zan­­dı­­ran güc nə ola bi­­lə­­r? Bu­­ra­­da əsas ro­­lu, heç şübhə­­siz, H.Ca­­vi­­din su­­fiz­­mə bağ­­lı­­lı­­ğı və ya­­rat­­dı­­ğı Şeyx Sə­­nan ob­­ra­­zı­­nın ir­­fa­­ni düşüncə­­si oy­­na­­yır.

H.Ca­­vi­­din böyüdüyü, təh­­sil al­­dı­­ğı, bə­­dii ya­­ra­­dı­­cı­­lı­­ğa baş­­la­­dı­­ğı mühit və müta­­liə et­­di­­yi ki­­tab­­lar onu su­­fi bir sə­­nət­­kar ki­­mi ye­tiş­dir­miş­dir, for­­ma­­laş­­ma­­sın­­da mühüm rol oy­­na­­mış­­dır. Bu­­nu həm də ona görə qeyd edi­­rik ki, H.Ca­­vi­­din “Şeyx Sə­­nan” əsə­­ri şai­rin dra­­ma­­tur­ji ya­­ra­­dı­­cı­­lı­­ğı­­nın ilk mər­­hə­­lə­­si­­nə aiddir və 1914-cü il­­də qə­­lə­­mə alın­­mış­­dır. De­­mə­­li, şa­­ir-dra­­ma­­turq elə ya­­ra­­dı­­cı­­lı­­ğı­­nın baş­­lan­­ğı­­cın­­da ailə­­dən, təh­­sil­­dən, müta­­li­ə­­dən əxz et­­di­­yi su­­fi dünyagörüşünü yüksək bə­­dii for­­ma­­da əks et­­di­­rə bil­­miş­­dir. Onun ək­­set­­dir­­mə for­­ma­­sı isə bir­­ba­­şa eşq­­lə bağ­­lı­­dır. Şeyx Sə­­nan ob­­ra­­zı­­nın özü isə eş­­qin qüdrə­­ti­­ni və əbə­­di­­li­­yi­­ni aşa­­ğı­­da­­kı ki­­mi bə­­yan edir:

 

Şey­­xi məhv ol­­du san­­ma­­yın zin­­har!

İş­­tə qar­­şın­­da­­yam, se­­vim­­li Xu­­mar!

Kim ki eşq atə­­şi­­lə ol­­du hə­­dər,

Onu yan­­dır­­maz öylə atəş­­lər.

Bə­­ni öldürsə­­lər də, bən ya­­şa­­ram,

Tərk edib xəl­­qi xa­­li­­qə qo­­şa­­ram.

Əbə­­diy­­yət bə­­nim mə­­za­­rım­­dır,

Çünki sul­­ta­­ni-eşq ya­­rım­­dır.

Eşq için can ni­­sar edən ər­­lər

Əbə­­di bir hə­­yat için­­də gülər.

Bə­­ni həp par­­ça-par­­ça doğ­­ra­­sa­­lar,

Ru­­hum ölməz, sə­­ma­­yi-eş­­qə uçar.

Uçar, ən möhtə­­şəm fə­­za­­lar aşar,

Ye­­nə cən­­nət­­də həp sə­­nin­­lə ya­­şar (29, 221).

Azər­­bay­­can ədə­­biy­­ya­­tın­­da tək­­rar­­sız ob­­raz­ olan Şeyx Sə­­nan öz su­fi ba­xış­la­rı­na görə kəc­­nə­­zər­­dən, xa­­in­­lik­­dən, za­­hir­­pə­­rəst­­lik­­dən, bəd­­ba­­tin­­lik­­dən uzaq bir si­­ma­­dır. Şeyx Nə­­im və Şeyx Mər­­van­­dan fərq­­li ola­­raq Şeyx Ha­­di Şeyx Sə­­na­­nı əv­­və­­li-axı­­rı görünmə­­yən böyük ümman he­­sab edir, onu id­­rak et­­mək üçünsə in­­san­­da ağıl və ka­­mal la­­zım­­dır. Bu, bir­­ba­­şa su­­fi dünyagörüşün dər­­ki mə­­sə­­lə­­si­­dir və bir­­ba­­şa Şeyx Sə­­na­­nın həm is­­tə­­mə­­yən­­lə­­rin­­dən – Şeyx Nə­­im və Şeyx Mər­­van­­dan, həm də tə­­rəf­­dar­­la­­rın­­dan – Şeyx Ha­­di və Şeyx Səd­­ra­­dan fərq­­lən­­mə­­si an­­la­­mı­­na gə­­lir. Hə­­min fik­­ri Şeyx Ha­­di açıq for­­ma­­da da söylə­­yir:

 

Edə­­lim ər­­zi-eh­­ti­­ramü sə­­lam,

Edə­­lim həp şə­­fa­­ət is­­tir­­ham.

Qo­­şa­­lım son­­ra Şeyx Sə­­na­­nə,

Qo­­şa­­lım rəhnü­­ma­­yi-ir­­fa­­nə (29, 238).

 

Bütöv bir in­­san top­­lu­­mu­­nun göylə­­rə yüksə­­lən Şeyx Sə­­na­­nı və Xu­­ma­­rı görə bil­­mə­­mə­­lə­­ri­­nin əsas sə­­bə­­bi­­ni də tə­­pə­­dən-dır­­na­­ğa su­­fi bir ob­­raz olan Dər­­viş hə­­min in­­san­­lar­­da ağı­­lın, id­­ra­­kın və bə­­si­­rə­­tin ol­­ma­­ma­­sın­­da görür. Baş­­qa for­­ma­­da isə Dər­­viş be­­lə söylə­­yir:

 

Hər ki­­min kor de­­yil­­sə vic­­da­­nı,

Görür əlan Xu­­ma­­rı, Sə­­na­­nı (29, 274).

 

Bir mən­zum fa­ciə nümu­nə­si ki­mi “Şeyx Sə­­nan” pye­­si Tan­­rı­­ya olan eş­­qin di­­ni tə­­ri­­qət­­lər­­dən be­­lə uca ol­­du­­ğu­­nu göstər­mək­lə H.Ca­­vi­­din mən­­zum dra­­ma­­tur­­gi­­ya ya­­ra­­dı­­cı­­lı­­ğı­­nın zir­­və­­si­­ni təş­­kil edir. Am­­ma “Pey­ğəm­bər” əsə­ri də təs­diq edir ki, H.Ca­­vid heç vaxt is­­lam di­­ni­­nin əley­­hi­­nə ol­­ma­­mış­­dır. “Hüseyn Ca­­vid ey­­ni­­lə müəl­­li­­mi ki­­mi (Mə­h­­məd Akif nə­­zər­­də tu­­tu­­lur) is­­lam dünya­­sı­­nı mə­­də­­niy­­yə­­tin be­­şi­­yi he­­sab edir, is­­lam mə­­də­­niy­­yə­­ti­­nə və prin­­sip­­lə­­ri­­nə bağ­­lı qal­­maq­­la yüksəl­­mə­­nin müm­künlüyünə ina­­nır, mil­­li əx­­la­­qı, mil­­li ru­­hu təb­­liğ edir, onun if­­la­­sı­­nı ən böyük ölüm sa­­yır­­dı. O, müsəl­­man­­la­­rın mut­­lu­­luq için­­də ya­­şa­­ma­­la­­rı­­nı və in­­ki­­şa­­fı­­nı is­­tə­­yən bir ru­­hun in­­sa­­nı idi” (85, 101).

H.Ca­­vi­­din ya­­ra­­dı­­cı­­lı­­ğın­­da xüsu­­si yer tu­­tan “Şeyx Sə­­nan” fa­­ci­ə­­si bir şəx­­sin, han­sı­sa xal­­qın, mil­­lə­­tin de­­yil, bə­­şər mə­­də­­niy­­yə­­ti­­nin klas­­sik nümu­­nə­­si­­dir. Şeyx Sə­­nan və Xu­­ma­­rın si­­ma­­sın­­da şa­­ir-dra­­ma­­turq ali mə­­nə­­viy­­yat­­dan çı­­xış edə­­rək ka­­mil­­li­­yə çat­­maq, nəfs, şər, kin və əda­­vət­­dən kə­­nar ol­­maq, mul­­ti­­kul­­tu­­ral də­­yər­­lə­­rə sa­­diq qal­­maq ki­­mi ülvi ide­­al­­la­­rı can­­lan­­dır­­mış­­dı.