Əlizadə Nuri : - Sevinc axşam gələcəkdi-

Ədəbiyyat 15:35 / 18.09.2024 Baxış sayı: 438

 

Çıraq oldum, işığımı,

Salmağa bir dam olmadı.

Çoxu mənə " oğul" dedi

Heç biri anam olmadı.

 

" Düz" axtarıb, dağ çıxardım,

Dağı lap axsaq çıxardım.

Bu gecədən sağ çıxardım

Yanımda bir şam olmadı.

 

Bu əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi...

Sevinc axşam gələcəkdi-

Gözlədim, axşam olmadı...