Əbülfət Mədətoğlu : - Bəmbəyaz göy üzü...

Ədəbiyyat 11:49 / 16.09.2024 Baxış sayı: 842

 

Başımın üstdən göy qaçıb,

Görünür nə varsa orda...

Allah yerin üstün açıb -

Çabalayır, sanki torda!

 

Qaralıb buludun üzü,

Şimşək də çıxıb özündən!

Sel yuyub dərəni , düzü -

Nəyi var , sıxıb gözündən!..

 

Titrəyir mehin nəfəsi,

Sanki budaqdan qopacaq...

Tay yerin göyə həvəsi -

Sonda işığa hopacaq!..