Ələsgər Əlioğlu : - İLK DƏRS GÜNÜ

Gündəm 10:52 / 16.09.2024 Baxış sayı: 873

 

Balalara hədiyyə

Aylin məktəbə gedir,

Çiynindədir çantası.

İlk dərs günündə onun,

Bələdçidir anası...

Gedir...

Addımlarını

O yeyin ata-ata.

İstəyir ki, məktəbə

Hamıdan qabaq çata!..

20.04.2024