Ağaevli Əli Hacı : - Sən,dərdi verdikcə indi,gülürəm

Ədəbiyyat 16:52 / 18.09.2024 Baxış sayı: 478

Sən,dərdi verdikcə indi,gülürəm

Bilirəm,dərmanı elə,məndədir !

İlahi,sən göydən,biri də yerdən

Ələsin üstümə,dili məndədir !

 

Yaıpşdım dünyanın əyri yerindən,

Çalışdı əyiləm,o düzə gəldi !

Ayrılıq dediyin uzaq deyilmiş,

Mənim təkliyimlə göz-gözə gəldi !

 

Yaddaşım yerində,başım yerində

Pakizə sözlərdən su içirəm mən !

Gündə neçə dəfə keçdiyim yerlər,

Hər gün təzə gəlir,yol keçirəm mən !

 

Qumlar oxşayanda ayaqlarımı,

Dəniz gözlərimi uzağa çəkir !

Eşq adlı Sevgimlə yola çıxmışam,

Şər adlı işlərdən qırağa çəkir !

 

Sənin,göy üzündən yağışın duru,

Qaralar üstünə qarın ağ gəlir !

Bəs,niyə yüz verib,bir istəyəndə

Yüzünün içindən birin dağ gəlir ?!

 

Sən,dərdi verdikcə indi gülürəm

Bilirəm,dərmanı elə,məndədir !

İlahi,sən göydən,biri də yerdən

Ələsin üstümə,dili məndədir !