Sabir Zəkullaoğlu : -  İnsan içindəki sevgini kiməsə xərcləməlidir.

YAZARLAR 08:41 / 18.09.2024 Baxış sayı: 584

Bu gündən bir layihəyə başlayıram. "Tanıtım layihəsi" .

 

 

Ətrafımızda o qədər qiymətli insanlar var ki, biz onlardan xəbərsizik.

Düşünürəm, yaxşı insanlar təbliğ olunmalıdır ki, biz onları tanıyaq.

Bizim yaşadığımız hər gün sadəcə təqvim deyil, bu həm də bizim ömrümüzdən qopan günlərdir..

Ömür isə insana bir dəfə verilir.

Bəzən, heçnə ilə əvəz olunmayan bu ömrü, bəsit insanlara, obrazlı ifadə etsək kola, kosa həsr edirik.

Ta ki o kol kos üz gözümüzü cırıb dağıtmayınca ondan əl çəkə bilmirik.

Əslində kiməsə qiymət vermək və ya kimisə sevmək, o demək deyil ki, o adam bu qiymətə, bu sevgiyə layiqdir. Sadəcə insan içindəki sevgini kiməsə xərcləməlidir.

Yaranışın düstürü bu.

Bu səbəbdən sərmayəni düzgün istiqamətə yatirtmaq lazımdır..

14 ildir ki, fb istifadəçisiyəm.

Fb - a gəldiyim ilk gündən sosial şəbəkələrə ciddi platforma kimi baxmışam.

Fb- a lağlağı kimi yanaşan, "fb-a girən adamlar avara adamlardır" deyin adamların nə qədər bəsit və dayaz düşüncə sahibləri olduğunu mən yox, zaman, daha doğrusu elə Markın özü sübut elədi.

Qeyd edim ki, bu məsələdə insanlarımızın dini dünyagörüşünün də müəyyən qədər rolu var. Müsəlman cəmiyyəti yeniliklərə açıq deyil. Yenilikləri qəbul edə bilmir. Bu da təbiidir. Yeddinci əsrin pəncərəsindən bu günə baxan adam, bu günün yeniliklərini necə başa düşə bilər axı..

Fb-də olduğum, ötüb keçən bu zaman kəsiyində burdan çoxlu dostlar qazanmışam.

Sosial şəbəkələrin harda olmağımızdan aslı olmayaraq hər kəsə əlçatan olması bir möcüzədir.

Təbii ki, real həyatda buna nail olmaq fiziki olaraq mümkün deyil. Ancaq internet üzərindən əlbəttə ki, bu imkanlar mövcuddur.

Keçək layihəmin ilk təqdimatına laiq gördüyüm Muxtar müəllimə.

Muxtar Həşimov fb dən tanıyıb, real həyatda görüşdüyüm və dostluq elədiyim ən qiymətli insanlardan biridir.

Adam əsl dost olmalı, qohum olmalı adamdır.

Məlumatlı, savadlı, həyat təcrübəsi zəngin olan bir adamdı..

Həm birinci, həm də ikinci Qarabağ müharibəsi iştirakçısıdır.

Bir neçə şeirlər kitabının müəllifidir

Bayaq koldan kosdan əbəs yerə danışmadım.

İnsan təbiətin bir parçasıdır.

Laçınlıdır Muxtar müəllim. Elə dağ kimi əzəmətli, vüqarlıdı.

Nə qədər sadə, səmimidirsə, bir o qədər də saf, təmiz adamdır. Lap Laçının havası kimi..

Həmən dostluq göndərin bu insana. Yaxşılarla oturub durun. Dostluq edin..

Mən Muxtar müəllimlə tanışlıqdan sadəcə bir şeyə təəssüflənirəm.

Hayıf ki, mən onu gec tanıdım..

Bax beləcə, davamlı olaraq Azərbaycanın sərvətlərini-yüksək əyarlı insanlarını sizə təqdim edəcəyəm..

Bir 1 nəfər və mətn şəkili ola bilər