İmam cəmillidən İKİ ŞEİR

Ədəbiyyat 14:31 / 18.09.2024 Baxış sayı: 517

Ayılmadın.

Eşqini yoxlamağa, gətdim iman, ayılmadın.

Dolandım ətrafına,keçdi zaman, ayılmadın.

 

Həsrətim bitər dedim, məndə kamıma çataram,

  Sən gedəli olmuşam,halı yaman,  ayılmadın.

 

Baxanda gözlərinə, təlaş keçirmiş ürəyim,

Bilmədin kimdi doğru, kimdi yalan, ayılmadın

 

Bəxdimin üstünə çox, yağdı kədərin yağışı,

Ağladım hər gecə,  mən qəlbi viran,  ayılmadın.

 

Nə qədər zülmə düşüb,  əzyyətini  çəkmişə hey,

Çərxi fəğan eylədi, yazıq İmam, ayılmadın.

 

 

Gəlmişəm

 

Dolub--boşalmışam Kəlbəcər sənsiz,

Dağlarda olarmı dumansız çənsiz.

Pərişan olmuşam doğma Vətənsiz,

Şair qəlbin ovutmağa gəlmişəm,

Evimizə qayıtmağa gəlmişəm.

 

Bu ayrılıq aylar çəkdi il oldu,

Göz yaşımız axdı , axdı göl oldu.

Ayrılıqdan çoxu yandı kül  oldu,

Ürəyimi, soyutmağa

 gəlnişəm.

Evimizə  qayıtmağa gəlmişəm.

 

Üz sürtürəm, torpağına  daşına,

Canım qurban mənsiz keçən yaşıma.

Xudam, ziyarətıim  gəlsin xoşuna,

Dərdlərimi dağıtmağa kəlmişəm,

Evimizə qayıtmışam gəlmişəm.

 

Dağlar bizdən küsüşmüşdü barışdi

Tərtər çayım İstisuyum danışdı,

Dərdim sərim sevcimə qarışdı,

Ağrilarmı azaltmağa, gəlmişəm,

Evimizə qayıtmağa gəlmişəm

 

Cəmilli nəyin var gözünə təpir,

Suyu torpağını başına səpir,

Tamarzı-tamarzı nə görsə öpür,

Xoş günləri ayltmağa gəlmişəm,

Evimizə qayıtmağa gəlmişəm.

21 07  2022