Şakir  Xanhüseyn : - SONET

Ədəbiyyat 09:33 / 02.01.2025 Baxış sayı: 777

 

Boş-boşuna buraxmamaq bir anı,

dünyaya bax, ovcumuza sığır ha...

Cəsarətin cürətindən yaranır;

şəri gördün üzərinə şığı ha...

 

Kədərli bir söz dilinin ucunda,

gözlə, axır o da

oda dönəcək...

Dişlərindən qan axan bu çarx var ya

danışdırsan, zülm-zülm dinəcək...

 

Bir təbəssüm dəyərində salamın

işığında öz dünyanı aydınlat.

Qoşa qanad- imanınla inamın,

su içində ocaq qala, ocaq çat...

 

Yaxşılığın timsalısan sən, axı,

Qoy nur alsın, üzünə tut çırağı...