Təranə Məmməd : - İnsanı insana tanıdar yağış...
Gah ayrılıq salar,
Gah qovuşdurar,
İnsanı insana tanıdar yağış...
1.Qız: Mən gedim. Yağış bərkidir.
Oğlan: Nə olsun bərkidir? Getmə.
Qız: Yox e, kosmetikam,saç düzümüm pozulur. Gedim. Hələlik.
2.Oğlan: Get,yağış yağır. İslanarsan. Saç düzümün,kosmetikan pozular.Mən də islanmaq istəməzdim. Kostyumum təzədir.
Qız: Heç nə olmaz. Pozular,yenidən yaparız!))Amma kostyumunun islanmağından narahatsansa, get.
3.Oğlan: Yaman yağış yağır. Amma görüşək eləmi?
Qız:Əlbəttə! Yağış neyləyəcək ki bizə?!
4. Biz evdən çıxanda bərk yağış yağırdı. Çətirimi açıb ikimizi də çətirlə yağışdan qorudum. Bir müddət söhbət edə-edə yol getdik.
Birdən, ikimiz də bir-birimizə baxıb güldük.
Yağış çoxdan yağmırdı. Biz isə hələ də çətirin altında addımlayırdıq.