Elnur Uğur Abdiyev : - Sevgiyə qurulub saatı ömrün,

Ədəbiyyat 11:22 / 03.01.2025 Baxış sayı: 619

Dayazda üzməyə əlim gəlmədi,

Qorxmadım həyatın dərinliyindən.

Yaşamaq eşqinə yaşadım hər gün,

Susadım eşqimin şirinliyindən.

 

Qışın oğlan çağı yaz gəldi mənə,

Dərdlərin çoxluğu az gəldi mənə.

Havanın şaxtası vız gəldi mənə,

Qorxdum insanların sərinliyindən.

 

Sevgiyə qurulub saatı ömrün,

Zəng çalanda gülər həyatı ömrün.

Bu qoşma,gəraylı,bayatı ömrün,

Cinasın çıxardım gəlinliyindən.