Şakir Xanhüseyn : - hər qapını döymürəm,

Ədəbiyyat 09:22 / 20.03.2025 Baxış sayı: 560

ayaqlarım, yol saç,

a çöl, sən gül saç...

əllərim, iş saç,

daş saç, ey qaya...

ay qara, ağ saç,

ey solum, sağ saç...

başımı əymirəm,

hər qapını döymürəm,

hər kəsi də öymürəm,

əlimin qabarı, çörək saç...

ey şər, xeyir saç,

gör bu gedişat sənə nə deyir, saç...

gün işıq saçdığı kimi,

Tanrım, rəhmət saç,

şah, ədalət saç...

yox oduna qızınıram, bax,

ey buz bağlamış ocaq,

bir hərarət saç...