Fərhad Tapdıqoğlu : - Bar

YAZARLAR 11:10 / 20.03.2025 Baxış sayı: 741

 

                             (kiçik hekayə)

Yengi-bar kişinin yeganə oğlu Eti-bar-a çoxdu eti-bar-ı.Amma Eti-bar işləsə də ,axşamlar işdən sonra gəzərdi bar-ı(gecə əyləncəsi olan məkanları). Subaydı Eti-bar.Yengi-bar istəyirdi ki,Eti-bar-ın toyunu görsün bar-ı...

Eti-bar-a danışdı atası Yengi-bar necə bəyənmişdi anası Nü-bar-ı. Sevmişdi Nü-bar-ı...Elçi düşmüşdü Yengi-bar-ın anası Nü-bar-ın anasına...Razı salmaq çətindi Nü-bar-ın anası kimi bir xanım kü-bar-ı....Amma razılıq alındı,evləndilər...Toy günü Yengi-bar avtomobil qəzasında itirdi yeganə qardaşı Eti-bar-ı. Bəli, vardı Yengi-bar-ın ürəyinin qü-bar-ı..

....Nü-bar dünyaya oğlan uşağı gətirəndə çox sevindirdi Yengi-bar-ı...Yengi-bar sanki yenidən tapdı qardaşı Eti-bar-ı...Uşağın adını Eti-bar qoydu Yengi-bar, yaşatmaq üçün mərhum qardaşı Eti-bar-ı...

....Eti-bar-ın anası bəyənmişdi qonşuluqda yaşayan Cab-bar-ın qızı Gül-bar-ı.. Yengi-bar-nan Nü-bar evlənməyə razı saldılar Eti-bar-ı..Məsləhət oldu ki,Eti-bar görsün Gül-bar-ı... Danışsın ,söhbət eləsin bar-ı...

Qonşu Cab-bar kişinin həyətində vardı hündür hasar,barı...Əvvəl ha boylandı Eti-bar görə bilmədi

Gül-bar-ı...

Cabbar kişi evdə olmayanda Eti-bar anası Nü-bar-la onlara getdi.Gül-bar beş il öncə itirmişdi anası Dil-bar-ı.... Gül-bar yığırdı bostandan tərəvəzlərdən nü-bar-ı və yaylıq almadan bəhəri- bar-ı..

Nü-bar danışdırdı Gül-barı, him- cimlə başa saldı gəlişinin məqsədini , ona göstərdi oğlu Eti-bar-ı..

Susdu Gül-bar...

Eti-bar çox bəyəndi Gül-bar-ı.. Gül-bar-a baxıb düşündü Eti-bar: "Ay Gül-bar, bir mənə bax,bir azca gülümsə,gül bar-ı" ....

....Hər şey valideynlərin istəkləri ilə başlasa da,sonra sevdi Eti-bar Gül-bar-ı, Gül-bar Eti-bar-ı... Yengi-bar-la Nü-bar razı saldılar Gül-bar-ın atası Cab-bar-ı...

...Oldu toyları ....Aradan götürüldü iki qonşunun evləri arasındakı hasar,bar-ı...

Arzumdur xöşbəxt görək subayları.... Bütün ata - analara qismət olsun bal kimi şirin nəvə bar-ı...