Elnur Uğur Abdiyev : - Yoxdursa

Neynirəm o gözü,o güzgünü mən,
Üzümə baxmağa üzüm yoxdusa.
İçimdən çölümə hey avar çəkən,
Duyğumun dizində dözüm yoxdusa.
Hər gün eşq öpmürsə dodaqlarımı,
Son zəng səsi döyər qulaqlarımı.
Kəsin yerli- dibli ayaqlarımı,
Səcdəyçün bükülən dizim yoxdusa.
Yalnız haqq önündə əyilər başım,
Axsa eşqdən axar bulaq göz yaşım.
Mən nəyə lazımam atam- qardaşım,
Məndən sonra mənli izim yoxdusa.
Elnuram, o qara daşa eşq döyən,
Uğurum da budur,ey mən- mən deyən.
O gün bircə anda yaşamıram mən,
Həyatın alnında sözüm yoxdusa.