Kəramət : - OKSİMORON

və yaxud YAZIÇI SÖZƏ
insan da dünyaya hakim olmalı deyil
söz düzəni-uyğun gəlməyən halların harmoniyasını yaşamaq. İnsan qorxusu bütün ətrafı təhlükə kimi görür. "Gələn qaraltıdı, yoxsa təhlükə","Təbiət təslim ol, düşmən təslim ol" (S. Vurğun)--dan "Sən hardan biləsən necə gərəkdi, Mənə ayağıma dəyən daşın da" (M. İsmayıl), ikinci mötərizə açıram (başqa məramla yazılsa da ) gəlmək. "Əlaqə" (Anar) ehtiyacının "Yad" (A. Kamyu) ünvana aparması, "Yalquzaq"a "Çevrilmə" və möhtəşəm özünəqayıdış "Hərb və Sülh"ə "Nankor oğlun qayıtması" rəsmində tapınmaq. Bir az qəliz oldu-əhatə dairəsi də., tarixi də.
Ədəbiyyatda təzad kimi qavramın eyni dünyada-cümlədə, misrada ecazkar ifadəsidi əkslik, amma biri-birinin inkarı, düşməni deyil.
YAZIÇI SÖZƏ HAKİM OLMALI DEYİL, İNSAN TƏBİƏTƏ HAKİM OLA BİLMƏZ. Uyumlu yaşar sözlər, söz sözü çəkib gətirər, söz sözü qoxlar, hər kəlmənin öz ətri var, hər adamın öz ətri-qoxusu olduğu kimi. Adam adamı, söz sözü itələməz, söz sözü istismar edib özünə məhkum eləməz, söz sözü duyar, anlar., sevər.
Özünü daha çox anlatmağa çalışdıqca anlamsız olursan, daha çox reklam ikrah doğurur, yalançının evinin yanması lətifəsinə gətirib çıxarır. Ədəbi sənayeləşmə mərkəzləşmə-tünlük-basırıq yaradır, sözlər hay-küy, pafos altında əzilir , nəfəs ala bilmir və mərkəzdənqaçma labüd hal alır.
"Hava vurun, hava verin bu şəhərə"-Sumqayıta yazdığım şeirdi və 1990-cı ildə Mirzə Xəzər "Azadlıq" radiosunda səsləndirmişdi, Vaqif Yusifli bir məqaləsində bəhs etmişdi. Sadəcə, söz sözü çəkdi...
İnsan insan üzərində qələbə çala bilməz, sözlər dinc-yanaşı yaşamalıdı.Korbağırsaq belə orqanizmdə gərəklidi, kəsməyin, tibb elmi nə deyir desin.