Pul tələb edən kanal rəhbəri saxlanılıb

HÜQUQ 10:21 / 22.01.2025 Baxış sayı: 162

Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib. 

Yenises.az xəbər verir ki, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən saxlanılıb. 

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.