Fərhad Tapdıqoğlu: - Aşırdı

Maraqli 07:55 / 22.01.2025 Baxış sayı: 197

 

Çox bacarıqlı idi,işləməkdən də qorxmurdu.Bütün maneələri,çətinlikləri həmişə uğurla aşırdı.Suvaqçı- rəngsaz işləyirdi.İşi başından aşırdı.Bununla belə təbiətin qoynunda olmağı çox xoşlardı. Yazda çayda su d-aşırdı,addamaşları su basırdı.Amma o mərəçöyüd( qulançar),quzuqulağı ,xəzəz....yığmaq üçün çaydan üzüb keçir, təpələr ,yallar aşırdı... Hərdən bu bitkiləri səhv salırdı,ç-aşırdı. Ən çox xoşladığı isə ç-aşırdı.

Gözəl ailəsi vardı. Həyat yoldaşı ilə bir- birlərinə yar-aşırdı.Hərdən ailədə söz- söhbət olurdu,yoldaşı onun evə içkili gəldiyinə hirslənir,dal-aşırdı,amma bir gün keçməmiş barışırdı..Həyat yoldaşının ona dedikləri ilə həmişə razıl- aşırdı. Amma bir müddətdən sonra yenidən içməyə davam edirdi.Onun badə dostu bir yerdə işlədiyi ustası idi.Ustası bərk vuran idi, ona deyən kimi " gedək vurmağa", o " sıyıq idi,quşqunu boş idi ",etiraz eləmirdi,razıl-aşırdı.Çünki işi ustasından aşırdı..

...Bir gün növbəti dəfə ustası ilə adama bir sini xəngəllə bir litr araq aşırdı..Evə qayıdanda ayaqları sözünə baxmırdı,aşırdı...yıxıldı,bədəni möhkəm əzildi.Ağrıdan divara dırm-aşırdı...

....Onun adı Aşurdu.Aşuru hər gün aşırdığı içkilər aşırdı...

P.S.Aşur indi xüsusi müəssisədə müalicə alır.Həyat yoldaşına da,uşaqlarına da söz verib

ki,bir daha içməyəcək və heç kim deməyəcək ki,"bu aşa-aşa gedən Aşurdu...çox içmişdi,aşırdı"....

Fərhad Tapdıqoğlu