İSMAYIL MƏRCANLI İMANZADƏ : - HƏR GECƏ ÖLÜRƏM YUXULARIMDA...

Ədəbiyyat 21:03 / 21.01.2025 Baxış sayı: 335

 

Hər gecə ölürəm yuxularımda,

Hər səhər təzədən dirilirəm mən.

Könlümdə çağlayan duyğularımda

Çalxana-çalxana duruluram mən.

 

Qəm-qüssə çiynimdə qara tabutum,

Zülmətdən qaçıram al günəş kimi.

Saflıq axtarıram hərdən bir udum,

Sınağa çəkəndə illər qəlbimi.

 

Həyat dözlərimdə yarımçıq yuxu,

Ovulub içimdə səsim, harayım.

Gedən köç qayıtmır... onu mən axı,

Necə soraqlayım, harda arayım?!

 

Anlar ötüb keçir lal kimi səssiz,

Kövrək xatirələr yolur “saçını”.

Taleyin hökmüylə titrəyəndə diz,

Hər sual qurulan dar ağacımı?..

 

Köksümdə nisgilin şırımı dərin,

Xəyalım sabaha üz tutan cığır.

Gözümdən yayınıb itən illərin

Tüstüsü hələ də başımdan çıxır...

21.01.2025