Ağamir Cavad : - YAŞARAM
Mən də bir tanrı sirriyəm,
Dünyada sirtək yaşaram.
Parçalanıb bölünmərəm,
Bütövəm, Birtək yaşaram.
Mizan qurubdur yaradan,
Axşam qürub, səhərsə dan.
Su içmişəm leysanından,
Dəryada dürtək yaşaram.
Könlüm haqqa aşiq olub,
Eşqə düşən uşaq olub.
Qaranlıqda işıq olıb,
Sözümdə nurtək yaşaram.
Dünyaya oldum aşina,
Sirr vermərəm sirdaşına.
Dönüb bir qara daşına,
Ocaqtək, pirtək yaşaram.