Nobel mükafatçısı Aziz Sancar Azərbaycanda - FOTOLAR

Maraqli 08:01 / 31.05.2024 Baxış sayı: 2368

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvətilə Azərbaycana səfərə gəlib.

Yenises.az   bildirir ki,  bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfirliyi  verib.

Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.

Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Alaverdi Aşırov müşayiət edib.