Kəramət : - "Məncə, indi hər kəs kimisən"

YAZARLAR 11:44 / 16.06.2024 Baxış sayı: 1271

"Məncə, indi hər kəs kimisən",-

xatırlamağa çalışıram, hə, Nazim Hikmətdən süzülüb yaddaşıma. O Nazim Hikmət ki, o Nazim Hikmət ki...səsim qırılır, bir az da insan nadanlığının 2022-ci il Türkiyəsinin insan mənzərəsindən utanıram. İndinin özündə də ona "vətən xaini" kimi baxır bu kütlənin 50%-i. Şişirtmirəm. "O mavi gözlü dev" , dünya şairi Türkiyədən böyükdür. Şişirtmirəm. Bütün dahilər doğulduğu coğrafi ərazidən, aid olduğu toplumdan böyükdür, ona görə o misgin kütlənin-camaatın qəzəbinə gəlirlər, tarix boyu, hər yerdə, istisnasız. Təccüblü deyil, bir kütlənin seçdiyi biri Nobel mükafatçısını da eyni adla ittihamda bulunur, Sezen Aksunu təhdid edir.

"Hamı kimisən"..kaş ki hamı kimi olaydın...yox, yaxşı ki, hamı kimi olmamısan, yoxsa, kim hayqırardı: "Gözəl günlər görəcəyik, cocuqlar, Motorları maviliklərə sürəcəyik, cocuqlar."

Dindoşlar, vətəndoşlar (bunlar dini-milli duyğuları sümürənlər, avam, inanclı əhalinin alqışını qazanan fırıldaqçılardı) günəşi palçıqla suvamağa çalışır qara-ləkəli əlləriylə.

Onu cismən zindanlara saldlar, sürgün-qəribliyə düçar etdilər bu ikiayaqlı məxluqatlar..osa sevgisindən-yurdundan, insan sevgisindən bir milli ayrılmadı, ayıra bilmədilər, sadəcə, bu nadanların ağlı ora qədər işləmir ki, sevdalar həbs olunmur.

Hayqırıram Varnadan

-Mehmet, Mehmet, Mehmet ...!!!

Bu nadanlar anlamır ki..Mühacirərətə zorlanan Əhməd Qayaya sual verirlər ki, (Almaniyada) sən heç başbakan ola bilərsənmi? O-nun gülüşünü xatırlayıram-izaholunmaz, necə başa salsın ki, bu EŞQ ayrı bir şeydi. Sadəcə belə deməklə kifayətləndi:" Bunlar sıradan işlər."

Hərdən adam hamı kimi olmaq istəyir, sidq-ürəkdən..özü də çox istəyir. Bir dəfə aparıcı qəzetlərin birinin baş redaktoru,-Bəs sən mənim yerimdə olmaq istəməzsən?-soruşdu. -Ola bilmərəm..Bir adam ki, AYB-də Qəbul komissiyası sədrinin (Söhrab Tahirin) müavini olub özünü AYB üzvü etməsin, ondan nə gözləyirsən, bacarmaram.-cavabladım. Fikrimin o dosta nə dərəcədə çatdığını bilmirəm. Hardan-haraya qədər gəldi söhbətimiz.

Eşqi qələm yazmaz ki

Kitablarda bulasan,- bunu kim yazıb ?-indi xatırlaya bilmirəm

Elə EŞQ-lər, münasibətlər var ki, doğrudan-doğruya ifadəsində söz aciz qalır. Düşünürəm ki, bu ifadəacizliyi insanı şeir yazmağa, şərqi oxumağa, rəsm çəkməyə, sadəcə gülümsəməyə, bəzən də sadəcə susmağa zorlayıb.

"Nazim Hikmət vətən xainidi hələ" ("Nazim Hikmət"oratoriyasından). Cismən öləndən sonra da sözləri od-enerji paylayan birinin qocaldığına inanmıram və mənə elə gəlir ki, özünə böhtan atıb:

Leypsiqli qızların

baldırlarından bildim qocaldığımı.

Qoy xoş, bir az da dodaqqaçırdan əhvalla bitirək söhbətimizi:

-Döşlərinin arasında

oynayır baxışlarım

Bilirəm..hələ ki..qocalmamışam,-

-bunu da, izninizlə, mən yazmışam..di, salamat qalın