Kəramət : - "İLHAM PƏRİSİ" -O, BİR FAHİŞƏMİ

YAZARLAR 07:54 / 22.11.2024 Baxış sayı: 536

 

yoxsa

İSTEDADI OLMAYANLARIN KÖMƏYİNƏ GƏLİR,-

..sonra bir az gülüb əlavə etmişəm, yəni PƏRİsi olmayanların.

Əslində, indi nə yazacağımı bilmirəm.

Yaradıcılıq, açdığın qapını qayıdıb döyməməkdi, duyğu-zehnin "Nyuton, çox üzgünəm" (A, Eynşteyn) minnətdarlıqla etirazıdı, yəni özünəqədərki görüşlərə, dahiyə "çox üzgünəm" yarımçığıına öz əlavəni-qatqını ortaya qoymaqdı, "belə deyil, məsələnin daha başqa qatları var" deməkdi..

Təbi ki, hamıdan ədəbi-bədi qavrayışda dəyişim gözləmək doğru deyil, amma bilməlisən nəyin nə olduğunu, mühit də bu bilgi, qavram, müstəvidə-platformda səhnələnməlidi, ya da..bir az da SƏNİN durduğun-gördüyün yer harası?

Hamı eyni pəncərədən baxanda eyni şeyləri görür, eyni-monoton yanaşmalar yayğınlaşır beləcə. Hamı elə bilir ki, ondan hər şey olar; Şair də, nazir də, alim, politoloq və s.-loq..əşyalaşma başlar..

Düşüncənin əşyalaşması özünə BÜT yaradar və o əşya-bütü yuxarıda tutmağa çalışarlar ki, biətçilik yaransın..çünki düşünən, bədii düşüncəni nəzərdə tuturam, qorxudulubdu, gözüqıpıq böyüyübdü, başıqapazlıdı.

Yaşananlar ona "Palaza bürünüb elnən SÜRÜN"məyi öyrədib.

Amma hamının olan sənin deyil.

Bədi təfəkkür kölələşib..Başqa cür düşünən, " Düşüncə polisi"nin (romandakı kimi) qəzəbuə məruz qalacaq.

Bu "İlham pərisi"nə də çox da etibar etməyin, özü də hamınız eyni cür yazırsınızsa, yəni eyni İlham pərisindən ilhamlanırsınızsa, ta o, bir fahişədi. Hamının eyni pərisi olmaz ki, şair qardaşım.