Xatirə Fərəcli : - SUMQAYIT
Ömür Xatirə karvanı,
eləcə dartıb
daşıdım.
Madar sevinc, bol-bol dərdin
çoxunu səndə yaşadım.
Səndə qaraldı axşamım,
səndə açıldı sabahım,
keçdi havalı çağlarım,
havana qarışdı ahım.
Əsdim əsən yelinə də
içim qayğı, çölüm qəhər.
Soyutmadı soyuq günlər,
sevdim seviləcək qədər.