Adil Şirin : - AXŞAM DÜŞÜR

Ədəbiyyat 18:26 / 22.11.2024 Baxış sayı: 493

 

Dərmansız dərdlərə tutular könül,

Dost qara bağlayar, fələklər gülər.

Analar ağlayar, oğullar susar,

Oğullar ağlasa analar ölər.

 

Mən naşi deyiləm, naşı deyiləm,

Bu dünya fanidir, ömür girovdu.

Sevgilər, sevdalar şirin röyadı,

Ölüm bir ovçudu, könül bir övdü.

 

Axşam düşür... Bayraq kimi yellənir,

Pəncərəmin sarı güllü pərdəsi.

Ürəyimi dəlik-deşik eləyir

Uçub gedən qərib quşların səsi.

 

Axşam düşür... könüllər havalanır,

Nəğmələr də kövrəlir ayrılıqda.

Fani dünya şairlərin əyninə,

Ah, Allahım, dar gəlir ayrılıqda...