Kəramət : - Bizdən Ostap Bender də çıxmır.
BAŞI ÇADRALI, ŞLYAPALI QADIN
Və
əxlaqlı fransızlar ,
.
Gi De Mopassan “Gombul”da daxili deqradasiyanı çox lakonik göstərib, göstərib ki, cəmiyyətin elitar sayılan təbəqəsi cismani fahişədən daha çox əxlaqsızdı
Aldanacağını bilirsən..və aldanmağa gedirsən, həmişə eyni proses, bitdinmi? Ya elə bitməlisən, ya belə. Nütvəsi, toxumu yanmış, mayası haramdan tutulub. Təkcə o qalır ki, dinləyib pələş qulaqlarını sallayıb, yekə başınla təsdiqləyib təkcə alqışlamaq üçün yararlı olan əllərinlə tufan qoparasan. Qulağın həsrət qalıb bir doğru sözə, səmimiyyətə. Bu yalandan xeyri olan, qazanan da danışır (başa düşürsən), heç bir alıb-verəcəyi olmayan özünü niyə yırtıb-dağıdır? Yəqin məşq edir və özünü göstərir ki, mən o yalançıdan da yalançı, o alçaqdan da alcağam, alın məni noolar, yoxsa, özümü öldürəcəm, ya da dəlixanaya saldıracam.
Mən də doğruçu-zad deyiləm və YALANIN fəxri vətəndaşı olmağa uğursuz cəhdlərim başarı sayılmaz. Necə deyərlər , başarana can qurban. İndi hamı biri-birini yalandan dinləyir, qarşı tərəflər məmnundu, hər kəs biri-birini aldatdığını zən edir. Meydança özü yalansa, üstündə hansı oyunu oynayırsan oyna, qələbə də, məğlubiyyət də yalandı, uduş yoxdu., uğur yoxdu.
Rus matruşkası kimi biri-birinin içindən çıxan böyük-kiçik aldatmacalar. Hamı biri-birinin haqqını yeyib, qanını töküb, haqqına girib, ağla gələn-gəlməyən minbir murdarlığa bulaşıb gəlir cüma namazına, dəstəmaz alıb təmizlənməyə.. camedə-məsçiddə... ya da ki sinaqoqda, kilsədə günah çıxarmağa.
Onu da deyim ki, xristianlarda kilsə sevgisi bizdəki cüma namazı qədər kütləvi deyil, yəni yalan da, deməli, day bu qədər deyil. Çoxluğu acından öldürməyə and içmiş azlıq Peyğəmbərin “Qonşusu ackən yatağa tox girənlər bizdən deyil” hökmünü də tərsinə çeviriblər.
Yazıçısı, alimi, mömini, siyasətçisi, dilənçisi...kimi istəyirsən bu torbanın içinə qoya bilərsən. Bir adamın bir işi, lap uzaqbaşı ikisinə özünü yetirdi..çoxərlilik-çoxarvadlılıq hansı əxlaqsızlığın göstəricisisə, çoxvəzifəlilik də eyni əxlaqsızlıqdı,-deyə düşünürəm. Məncə, ilk öncə insan özünə, məsləkinə xəyanət edir. Şübhəsiz ki,özünə xəyanət edənlər Vətənə də xəyanət edər. Həyatları bir ardıcıllıq, tutarlılıq üzərinə qurulmayıb. Bütün sahələr belədi, ancaq biz yazıçılardan daha çox əxlaqi-mənəvi dəyərlər gözlədiyimizdən onlardan umub-küsürük. Hətta onların bir nümunə olmasını istəyirik. Yazıçıya layiq olduğundan çox dəyər veririk...o, bu dəyərə=umacağa-nümunəyə layiqmi. Məncə, daha çox şöhrətlilər daha çox mənəviyyatını hərraca çıxaranlardı, bir şöhrət ki, verilə, qazanılmaya, vəzifəqarışıq.Yanılırıq. Profiləuyğun seçilir yazıçılar da, necə ki, İHB-lar, MİS rəisləri, mollalar, bələdiyyələr və sairələr necəsə, vəzifəli yazıçı da elə., Özünə hörmət eləyən hər kəs ləyaqət sahibisə 3-5 vəzifə daşımaz. Çoxluq düşünür ki, nə faydası, çax-çax baş ağrıdır, dəyirman öz işindədi. Problem dəyirmandı, deməli..
Bir dəfə başıbağlı, üstündən şlyapa qoymuş bir gəlin otağa girdi, vidi-fasonu məni vurdu elə bil, canımı tez qurtarmaqçın neyləmək lazımdı, bilmədim və o saat ağlıma Əlisəmid (Kür) gəldi, katibəyə dedim ki, bunu apar Ədəbiyyatın Təbliği bürosuna, denən ki, mən göndərmişəm, tədbirdən-zaddan danışırdı. Stolun üstündə də Əlisəmidin verdiyi Kərim Nalənin iki bəndlik şeiri var; rəngbərəngdi, hər misra başqa rəngdə,-Kəri, sən atanın canı, sən də bax, bu yaşıl qələmlə də bir-iki misrasını düzəlt, yazıq qaçqın adamdı, verək Ələkbər müəllimə (Salahzadə-“Ulduz” jurnalındaydı rəhmətlik), sənin də xətrini çox istəyir, çap olunsun, bədbəxtdi də, -mən də könülsüz razılaşmışdım.(Kərim Nalənin şeiri “Ulduz”da beləcə çap olundu.)
Bu gəlinin geyimiylə-qapalılığıyla davranışları arasında yerlə göy qədər fərq vardı. Mənə heç “salam” da verməyib hər gün Əlisəmidin yanına gedib gəlirdi. Hətta yemək də gətirdi evdən, biz də işdən sonra o yeməklə araq içirdik. Soruşdum ki, şair, necə yola gedirsən bu başıxarabla, nə istəyirsən “bə çeşm” deyir? Gülümsədi.
-Heç nə..deyirəm ki, sən nə namuslu adamsan, Müqəddəs Məryəm kimisən, heç şeyx də sənin kimi dindar deyil, şeirlərin də mənim şeirlərimdən də yaxşıdı, ondan sonra birinci başlayır şlyapasını çıxarmağa....
Yalan belə şeydi, düzü kimsə istəməz, amma bizdəki, başqa növdü və bütün münasibətlər biri-birinə kəf gəlmək üzərinə qurulu...40-a yaxın vəzifəsi olduğunu (içtimaiqarışıq) söyləyən hörmətli Xalq yazıçıs Çingiz Abdullayevə bu şansı sən-mən tanımamışıq, əlahəzrət tanıyıb və beləliklə, cəmiyyətin əxlaqına sarsıdıcı zərbə vurulub. Anarın nüfuzuna vurulan ən böyük zərbə elə onu bu qədər vəzifədə həbs eləməkdi. Siz bu “qabaqdagedən” yazıçıların “mordasına” diqqətlə baxın, daha çox heyvani..Camal Yusifzadı deyırdi; “ Heç nə soruşma, üzünə bax, beş il iş ver getsin.”. İnsanlıq vəsfini üz-gözlərindən silib-süpürüb mənsəb hərisliyi. Doğru sözə, mütəxəssisə, normal münasibətə təəccüblənməyəsən, neyləyəsən.
Gi De Mopassan “Gombul”da bunu daxili deqradasiyanı çox lakonik göstərib, göstərib ki, cəmiyyətin elitar sayılan təbəqəsi cismani fahişədən daha çox əxlaqsızdı.
Mənəvi atmosfer zəhərlənib və hamı bu havanı ciyərlərinə çəkir. Nümunə bir deyi, 100 deyil, uşaqlara da öyrədirik ki, yaltaq olmasan(milli əlifba), ləyaqətsiz olmasan sənə nəinki iş yoxdur, yaşamaq şansın belə sıfır. Ya kadr qıtlığıdı, ya da belə profilə xalqın hökumətqarışıq ehtiyacı var.
Gərək nadana “aqil”, başıxaraba “dahi”, fırıldaqçıya”müdrik” deyəsən ki, dolana biləsən.
Yalanımız da o qədər işlənib cındırından cin hürkür, bu tərəfə-yalan istehsalına yönəlik qabiliyyətimiz də tükənib.
Bizdən Ostap Bender də çıxmır.