Kəmalə Abiyeva : - Şəhid Şahnur Hüseynova

Ədəbiyyat 08:43 / 01.11.2024 Baxış sayı: 68

 

Bu dünyaya gəldin

sən də ağlayaraq.

Göz yaşların bir başqaydı sənin ancaq.

Sən başqa cür ağlayırdın,

Anlayırdın acısını ana yurdun.

Bir başqa cür sevdin elə doğma yurdu,

uşaqlıqdan"Mən general olacağam,

xainlərdən vətənimin qisasını alacağam"

oldu andın.

Öz andına sadiq qaldın,

"Dəmir atlı" kapitanım,

Unutmadın öz əhdini

yarıb Ohanyan səddini

Sən yol açdın azadlığa.

İlk qələbə xəbəriylə

haray saldın Qarabağa.

Harayından bu torpağa səpildi nur.

elə sevdin bu torpağı

nurtək hopdun bu torpağa, igid Şahnur.