Sabir Zəkullaoğlu : - Pulu olanın da günü gün deyil..

YAZARLAR 08:42 / 31.10.2024 Baxış sayı: 1288

 

Mədəniyyətin formalaşması üçün zamana və şəraitə ehtiyac var. Əgər bir cəmiyyətdə kasıblıq hökm sürürsə, normal qidalanmaq üçün lazım olan ərzaqları alıb, çeşidli süfrələr açmağa insanların maddi durumu imkan vermirsə, o cəmiyyətdə necə süfrə mədəniyyəti formalaşa bilər..

Əgər insanlar ildə bir dəfə istirahətə getmək üçün müəyyən məbləğə sahib deyillərsə, bütün həyatları boyu işləyirlərsə, o insanlarda istirahət mədəniyti necə formalaşsın ki..

Əgər insanlar mövsümi geyim alıb, hər fəslin özünə uyğun geyinə bilmirlərsə, nimdaş bir paltarda fəsilləri ötüşdürürlərsə, o insanlarda geyim zövqü necə formalaşa bilər ki...

Hər şey müqaisədə bilinir. Əgər müqaisə üçün doğru nümunələr gətirilərsə..

Hardasa insanların necə yaxşı yaşadığından xəbərin yoxdursa, təbii ki, sən öz yaşayışından razı olacaqsan.

Hətta özünün daha üstün yaşam tərzi yaşadığına inanacaqsan.

Belə olan təqdirdə maddi durumu yüksək olan insanın da zövqü, mədni istirahət tərzi ətrafıdan seçilməyəcək.

Çünki, hər bir adam öz mühitinin məhsuludur..

Bir yaxın dostum var. Mühit adamıdır.

Maddi imkanı həmişə yaxşı olub.

İndi lap yaxşıdır.

Adam illərdir işləyir. Lakin indiyə qədər bir gün də olsun istirahətə vaxt ayırmıayıb.

Bir az əvvəl danışdıq.

Nəhayət bu gün özünə və mənə söz verdi ki, sonu 31 - lə bitən ayların 31 - ci günü işləməyəcək. Bu günü özü üçün istirahət günü kimi təyin etdi.

Yəni bir ilimizdə 7 ay var ki, o aylar 31 gündür.

Deməli bu qardaş, ildə 7 gün istirahət eyməyə qərar verib.

Məncə vəziyyətin nə qədır acınacaqlı olduğunu fərq etmək çətin deyil.

Bu ara onu deyim ki, indiyə qədər yaşadığı 55 ildə, yalnız aşura günləri evdə qalıb.

O da ki, məcburi gedişdir..

Çünki, həmin günü heç yer işləmir. Hər yer bağlı olur..

Deməyim o ki, yəni, pulu olanın da günü gün deyil..

Ümid edirəm ki, bizdə də yaşayış səviyyəsi yüksələcək bə o yüksəlişin içində hər növ mədəni istirahət növləri də formalaşacaqdır..