Adilə Nəzər: - Həsrətim gözdən axıb

Ədəbiyyat 08:36 / 31.10.2024 Baxış sayı: 937

***

Həsrətim gözdən axıb

Göl olur dama-dama.

Süzülüb pəncərədən

Gecə dolur odama.

 

Qəfəsi titrədən quş,

Yorulub qalır bihuş,

Sinəmin dağı hopmuş

Yüz ildir yanan şama.

 

Dalmışam gözümdə yaş,

Ruh uçur yavaş-yavaş,

Ömrü verrəm başabaş

Çatam mənzilə - kama.

 

Çal aşıq, incə-incə,

Dur, Ruhani gəlincə,

Qəm qarışır sevincə,

Çoxalır ey ağlama.

 

Dərdə əlacdır zaman,

Susar, böyüyər insan,

Gecə - ən gözəl liman,

Könlü dolu adama.

 29.10.2024

Bir 1 nəfər və işıqlandırma şəkili ola bilər

Elnur Uğur Abdiyev və başqaları