Adil ŞİRİN : - Gəl, biz varaq gedək bu yad şəhərdən,
Söz-söz, misra-misra yaşayıram mən,
Söz-söz, misra-misra ağrıyır könül.
Mən ömrümü qurban dedim dağlara,
Gəl, dostu düşməndən sən ayır, könül.
Gəl, biz varaq gedək bu yad şəhərdən,
Zirvəsi gümüşü dağlara sarı.
Bir yurd savaşında vurulsam yenə,
Anam-bacım, könül yaramı sarı.
Dağlara güvəndim, ulu dağlara,
Dünyada kimsəyə düşman olmadım.
Bir ömür yaşadım- bir insan ömrü,
Bir ömür yaşadım peşman olmadım.
Dua eləyirəm üzü dağlara,
Söz-söz, misra-misra yaşayıram mən.
İlahi, bağışla bizi dağlara,
Verdiyin qədəri daşıyıram mən.