Adilə Səfərova : - Esmanurum, Ayanım.

Ədəbiyyat 08:29 / 31.10.2024 Baxış sayı: 527

Ömrümün incə ,zərif naxışlarla ilmələnən fidanları, doğum gününüz mübarək

Esmanurum, Ayanım.

Cüt Ulduzudur danın,

Esmanurum ,Ayanım

Lütfidir yaradanın,

Esmanurum,Ayanım.

 

Gülər üzlərin görçək,

Fərəhdən coşur ürək.

Həm şirindir, həm göyçək,

Esmanurum,Ayanım.

 

Şəfəq.saçırlar zər-zər,

Nurları ömrüm bəzər.

Bir cüt çiçəyə bənzər,

Esmanurum,Ayanım.

 

Mələklərə taydılar,

Bədirlənən aydılar

Rəbbdən qoşa paydılar,

Esmanurum ,Ayanım

 

Gülüşləri bal dadı,

Nənə çağrılır adım.

Olur qoşa.qanadım,.

Esmanurum,Ayanım.

 

Cana can olasıdı,

Əzəmət qalasıdı.

Balamın balasıdı-

Esmanurum, Ayanım.

 

Bütün reaksiyalar:

9Shukur Shanol və başqa 8 nəfər