Əlizadə Nuri : - Sular zərrin deyilsə...
Olsam, torpaq olaram,
Daş olmaq istəmirəm.
Mən bu ruhsuz bədənə
Baş olmaq istəmirəm.
Hanı o TƏK, bu cəmsə?
Gündüzü də gecəmsə.
Gözündən düşəcəmsə
Yaş olmaq istəmirəm.
Sular zərrin deyilsə,
İçmə, sərin deyilsə.
Göylər sənin deyilsə,
Quş olmaq istəmirəm...