İSMAYIL MƏRCANLI İMANZADƏ : - GƏLİRƏM, TORPAQ, GƏLİRƏM…

Ədəbiyyat 16:18 / 01.01.2025 Baxış sayı: 1812

 

Halal duzum-çörəyimsən,

Saf niyyətli ürəyimsən.

Basılmayan kürəyimsən

Bilirəm, torpaq, bilirəm!

 

Havam-suyumsan bir udum,

Eşqin tükənməz umudum.

Yadında qalıbmı adım,

Gəlirəm, torpaq, gəlirəm!

 

Şipşirin avazam, səsəm

Yamyaşıl arzu-həvəsəm.

Kəfənim ol, nə vaxt desəm

Ölürəm, torpaq, ölürəm!

01.01.2025