Fərhad  Tapdıqoğlu - Beytlər

YAZARLAR 15:18 / 24.04.2026 Baxış sayı: 689

 

Elə çox da aşiq olma,kef çəkdiyin "baharına,yayına",

Yaxşı düşün...görmüsənmi,dərd gələndə kimsə ondan yayına?

=

Tale ,qismət yazılıbdı alına,

Yazılmayan ,inanma ki,alına.

=

Bağa qulluq etməyib,əgər qursan bardaşı,

İnanma,sənə desələr,indi "bağda bar daşır".

=

Görmüsənmi,bir igid,qorxudan sinə?,

Tablaşar çətinə,o gərər sinə.

=

Şərəfli ömür sürüb ,dolmusansa sən yaşa,

Ondan gözəl nə var ki?...qalan ömrü şən yaşa.

=

Böyüklər də demişdilər əzəldən,

"Düşmən gördün,vur başını əz,əldən"

=

Çoxusuna əl tutdu,yaşa doldu,yaşdandı,

Unuduldu...gileyləndi...dedilər ki,"fikir vermə ,yaşdandı"

=

Səni görüb,kim qalxırsa ayağa,

Bu hörmətdir,nökər deyil o,"ağa".

=

Ay var-dövlət,pul-paranın hərisi,

Vallah o da xöşbəxt etmir hər kəsi.

=

Abırlı insanların üzlərində var həya,

Alçaqlıq...həyasızlıq məxsusdur elə "haya" *

P.S.Xatırlatma : "hay"*- erməni

=

Zamanında zəhmətkeşdi,tikən,quran,yaradan,

Yaşlaşanda əzab çəkir laqeydlik tək "yaradan".