Bəhram Bilaloğlu - Qələm anlamadı pozan dərdini

Ədəbiyyat 10:21 / 25.04.2026 Baxış sayı: 1241

Qələm anlamadı pozan dərdini,

Pozanın sildiyi səhv tapılmadı.

Elə zənn etdi ki,haqlıdır guya,

Haqlının bildiyi məhv tapılmadı.

 

Səhradır qələmin düşüncə tərzi,

Aşkarda zahiri tam görə bilir.

Bəsirət düşəndə silən tərəfə,

Qurutmaq eşqini tuş sərə bilir.

 

Hansı əməlindən misal gətirim?

Özünə haqq vermək adətindədir.

Canından keçsən də adam yolunda,

Ömrü məhkumluğun müddətindədir.