Adil Şirin- Rüzigarlara qoşulub uçur, uçur

Ədəbiyyat 09:40 / 25.04.2026 Baxış sayı: 275

* * *

Rüzigarlara qoşulub uçur, uçur

Axar suların aydınlığına.

Ömrün qızıl çağlarında,

Bəyaz sularda yarpaqlar.

 

Yelkənsiz qayıqlar kimi

Üzür, üzür qərq olur.

Axar bəyaz suların aydınlığı

Qara ruzigarlarla dolur...

 

Yelkənsiz bir yarpaq qayıqda

Mənim taleyim üzür bu gün.

Göz yaşını göstərmədən,

Axıb gedir bəyaz sular...