Ehtiram İlham - Var olan yoxunu yoxdan var eylə.

Ədəbiyyat 09:18 / 25.04.2026 Baxış sayı: 283

 

◇◇◇◇◇

Ömür ki belə tez ötüşüb gedir -

Var olan yoxunu yoxdan var eylə.

Onsuz da əlinnən heçcənə gəlmir,

Nəyi bacarırsan, tezbazar eylə.

 

Kim ki göylərdəki günəşi danmır,

Haqq deyib gəzməkdən bezib usanmır.

Hər kəs ruzusunu düz qazanammır,

Bir az abır gözlə, bir az ar eylə.

 

Nəfsinə ya can de, ya yenil indi,

Dünya nə allahın, nə də dinindi!

Elə sanırdın ki, hər şey sənindi,

Adam, get özünü intihar eylə.

 

Baho... nə haldasan, Ehtiram, yenə,

Gəldin nə qazandın, itirdiyin nə?

Belə ki, pampaqsan, hax olur sənə,

Özün öz canına yüz azar eylə.

25.04.26.