Əşrəf  Veysəlli -  "BƏNÖVŞƏ BƏNDƏ DÜŞƏ”

Ədəbiyyat 09:25 / 25.04.2026 Baxış sayı: 281

 

Hansı kol dibinə gedib sinirsən?,

Ürəyim eşqinlə dindi, Bənövə.

Kimin dodağında qönçlənirsən,

Sən kimin yarısan indi, Bənövşə?

xxx

“Bənövşə , bəndə düşə”…

Gözümə çən də düşə,

Saçıma dən də düşə,

Sübhüm sənlə açılar,

axşamım sənlə düşər.

“Bənövşə, bəndə düşə…”

Yol üstündə durasan,

yenə bir tor qurasan,

tora bu bəndə düşə.

O dürlü sözlərinlə,

Sehirli gözlərinlə

ömrüm kəməndə düşə.

“ Bənövşə, bəndə düşə…”,

Məni qəfil yenə sən

təndir üstə görəsən,

əlindən kündə düşə…

“Bənövşə, bəndə düşə”…

Yadıma gündə düşər.

Gözlərim qan ağlayar-

Yolum bu kəndə düşər.

1982- ci il.