Əlirza HƏSRƏT - KİM SEVMƏZ BELƏ OZANI
Ədəbiyyat
13:46 / 24.04.2026
Baxış sayı: 716
(Türk Dünyasının sevimli sənətkarı,Saz İlahəsi Aşıq Nargilənin Nargile Mehtiyeva şərəfinə)
Hikmətli söz dəryasında,
Üzən qəvvasdı Nargilə.
Sazı ağrıyan yerindən,-
Bağrına basdı Nargilə.
Avazı bal,səsi şirin,
Mələklərdən soruş yerin.
Saza Könül verənlərin,-
Sirdaşı,dostu Nargilə.
Söz sultanı,nəğmə Xanı,
Kim sevməz belə ozanı?
Sehrləyib Əlirzanı,-
Sazndan asdı Nargilə.