Adil Şirin : - İlin son çərşənbəsi...

İlin son çərşənbəsi,
Tar səsi, kaman səsi.
Aynalarda baxtımız,
Könüllərdə taxtımız.
Hər uşaq bir çiçəkdi,
Hər ana bir mələkdi.
Qızlarımız həyalı,
İgidlərin xəyalı.
Durnalar göydən keçir,
Atlılar köydən keçir.
Qızlar ürkək baxışlı,
Yaylıqları naxışlı...
Dağlar, daşlar oyanır,
Əlvan rəngə boyanır...