Əlizadə Nuri : - Darıxmağın rəsmi...

Ədəbiyyat 09:26 / 02.10.2024 Baxış sayı: 1158

 

Yol tapıb çıxa bilmir,

Bu tinim, bu dalanım.

Mən sevgi qaçqınıyam-

Gəl, səndə daldalanım...

 

Bu yolu göndərmisən,

Sən mənə azmaq üçün?

Ürəyim- bir divarmış

Şəklini asmaq üçün.

 

Ümidim körpə kimi,

Ağlayır qundağında.

Arzularım can verir

Kədərin qucağında...

 

Hardasan, hardan bilim,

Mən hara üz döndərim?-

Darıxmağın rəsmini

Çəkib sənə göndərim...

 

Özün məndən uzaqsan,

Kölgən keçir yanımdan.

Adına soyuq dəyər-

Düşmə dodaqlarımdan...